Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının


Digərləri 06 İyn 2020 13:46:00 162 0

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb.

Qadının həyat yoldaşını ərazidə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıb.