Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb


Dünya 06 İyn 2020 13:14:00 149 0

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 3 yoluxma halı qeydə alınıb.  

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.  Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 808 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2955 nəfər karantində saxlanılır, 276 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 663 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.