Gəncədə küçəyə çıxmaq qadağasının ilk günü FOTO


Digərləri 06 İyn 2020 12:22:00 196 0

Gəncədə küçəyə çıxmaq qadağasının ilk günü  FOTO

6 iyun, saat 00:00-dan 8 iyun, saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunmağa başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Son.az-a verilən məlumat görə, respublikanın digər dörd regionunda olduğu kimi, Gəncədə də karantin rejimi sərtləşdirilib:

"Əhali yalnız xüsusi icazə ilə küçəyə çıxır. Gəncə şəhər polis idarəsinin tabeliyində olan qurumların əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri şəhərin küçə və prospektlərində xidmət aparırlar.

İcazəsiz olan vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülməyə başlanılıb".