Neft yenidən bahalaşıb


Digərləri 06 İyn 2020 12:15:00 185 0

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 5,78% artaraq 1 barelə görə 42,30 dollar təşkil edib.

Son.az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 5,72% artaraq39,55 dollar təşkil edib.