Venesuela “bir həftədən bir” rejiminə keçir


Dünya 06 İyn 2020 11:21:48 176 0

Venesuela “bir həftədən bir” rejiminə keçir

Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib7 gün istirahət edəcək

Venesuela hökuməti koronavirusla bağlı karantin qaydalarını dəyişərək ölkədə həftəlik iş rejiminin 7 günlük olmasına dair qərar çıxarıb. Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib, 7 gün istirahət edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter” səhifəsində yazıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

“Yumşalmanın ilk həftəsi çox yaxşı keçdi və vətəndaş şüuru və vicdanı nümunəsi göstərdi. İndi 7+7 formuluna keçirik. Karantində olan günlərdə işçilər sanitar tədbirlərə ciddi riayət etməlidir”, - o yazıb.

Xatırladaq ki, 7+7 metodu virusun yayılmasına həssas olan sərhəd bölgələri üçün keçərli deyil.Bundan əvvəl ölkədə 5+10 günlük iş qrafiki qüvvədə idi.

Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2 145 COVID-19 hadisəsi aşkarlanıb, 20 nəfər virusun qurbanı olub.