Marneulidə su-kanalizasiya sisteminin inşası gələn il başa çatacaq


Siyasət 06 İyn 2020 11:27:22 174 0

Marneulidə su-kanalizasiya sisteminin inşası gələn il başa çatacaq

Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili Marneuliyə səfər edib.

Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili Marneuliyə səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir bələdiyyədə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi prosesi ilə tanış olub.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

M.Tskitişvili bildirib ki, Asiya İnkişaf Bankı layihənin maliyyələşdirilməsinə 150 milyon lari vəsait ayırıb: “Layihə gələn il başa çatdırılacaq. Lakin sentyabr ayından etibarən sistemin mərhələli şəkildə işə salınması nəzərdə tutulub”.

Hazırkı mərhələdə nasos stansiyalar və rezervuarlar, magistral boru xətləri və daxili şəbəkə, yeni kanalizasiya kollektoru tikilir.

Layihənin başa çatdırılmasından sonra Marneuli və 5 kənd – Tsereteli, Saimerlo, Qızılhacılı, Böyük Bəylər və Kiçik Bəylərin 30 mindən çox sakini 24 saat ərzində sabit və keyfiyyətli su ilə təmin olunacaq. Yeni kanalizasiya sistemi isə 40 min sakin üçün nəzərdə tutulub.

Qeyd edək ki, Marneulidə su təminatı ilə bağlı problem uzun illərdir mövcuddur və rayon əhalisinin 80%-dən çoxu sudan məhdud qrafiklə istifadə edə bilir.