Ermənistan hökuməti "günah keçisi" axtarır


Dünya 06 İyn 2020 11:28:11 210 0

Ermənistan hökuməti "günah keçisi" axtarır

"Bir tərəfdən Nikol Paşnyan öz qürurunu aşaraq onları qalmaları ilə bağlı dilə tutmaq istəyir".

Yaxın günlərdə Ermənistan hökumətində dəyişikliklər gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Qraparak” qəzeti yazıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bildirilib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın masasında azı 3-4 istefa ərizəsi var: “Ölkədə yaranmış gərginliyi azaltmaq məqsədilə hökumətin tərkibində dəyişiklik olacaq. Dəyişdirilənlər arasında baş nazirin müavini Tiqran Avinyan, əmək və sosial məsələlər üzrə nazir Zarui Batoyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və səhiyyə naziri Arsen Torosyanın adları var".

"Bir tərəfdən Nikol Paşnyan öz qürurunu aşaraq onları qalmaları ilə bağlı dilə tutmaq istəyir. Digər tərəfdən isə yaranmış gərginliklə bağlı “günah keçisi”nə ehtiyac var. Ona görə də Paşinyan hesab edir ki, düşən reytinqini bərpa etmək üçün hökumətin uğursuzluğunu onların üzərinə yıxmaq pis olmazdı”, - qəzet yazıb.