“Çukur”un aktyoru Tarkanın mühafizəçisi olub


Digərləri 06 İyn 2020 10:25:00 156 0

“Çukur”un aktyoru Tarkanın mühafizəçisi olub

"Çukur" serialında rol alan Berkay Ateş aktyorluq öncə mühafizə işlədiyini açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor Alican Yücesoya müsahibəsində daha öncə Tarkanın mühafizəsi olduğunu bildirib:

"19 yaşım var idi. Bacım mənə işi təklif etdi, qəbul elədim. Mühafizə şirkətinin nömrəsini verdi, əlaqə saxladım. "Qara şalvar, ağ köynək" geyin gəl dedilər. Getdim, hamı iri bədənli idi, məni görəndə "bu uşağı hansı əraziyə verək" deyə düşündülər". "Harbiye Açıkhava" teatrında 4 günluk Tarkanın konserti olacaqdı. Məni ən arxaya meşəlik tərəfə göndərdilər ki, "orada dayan, dəmirlərdən keçmək istəyən olsa, qoyma". Həqiqətən də dəmirlərdən tullanmaq istəyənlər var idi. Tarkandan iki kilometr uzaqda idim. Ona ən uzaq mühafizəçi mən idim. Nə o, məni gördü, nə də mən onu gördüm".