Braziliya ÜSTü tərk edə bilər


Dünya 06 İyn 2020 10:18:00 156 0

Braziliya ÜSTü tərk edə bilər

Braziliya Prezidenti Jair Bolsonaru Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) həddindən artıq ideolojiləşdirmədə günahlandırıb və ölkəsinin bu təşkilatı tərk edəcəyini bildirib.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə prezident rəsmi iqamətgahının qarşısında jurnalistlərlə grüşündə deyib.

"Xəbərdar edirəm: Birləşmiş Ştatlar ÜST-ü tərk etdi və biz də gələcəkdə bunun mümkünlüyünə baxacağıq. Ya ÜST gələcəkdə ideoloji niyyətlər olmadan işləyəcək, ya da biz də çıxacağıq. Bizə insanların kənardan səhiyyə sahəsində nəyi edəcəyimizlə bağlı göstərişlər verməsi lazım deyil", - Bolsonaru qeyd edib.