Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 974 nəfərə çatıb


Dünya 06 İyn 2020 10:05:00 159 0

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 974 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub.

Son.az Trend-ə iatinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 974 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 20 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə, ölkədə 1 360 nəfər COVİD-19-dan sağalıb.