Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu


Dünya 06 İyn 2020 09:38:11 186 0

Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

"Məğlub olmuş, vaxtı bitmiş bir qatillə deyil, sağlam qüvvələrlə barış və dialoq qurmaq vaxtıdır”.

© Liviya bayrağı

Liviyada feldmarşal Xəlifə Hafterin məğlub olduğu elan edilib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni açıqlayıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

O, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin ordusunun ölkə paytaxtı Tripoli və Tarhunədəki uğurlarından sonra “Twitter” hesabında yazıb: “Bu gün qələbəmizi qeyd edirik. Bu gün Tarhune azadlığına qovuşdu. İqtidar oğrusu Hafterin macərası rəsmən baş çatdı...

Yaxın günlərdə şərq, qərb, şimal, cənub (Liviyanın bütövlüyünü nəzərdə tutur - red.) hamımız birlikdə olacağıq. Hər kəsi, özəlliklə gəncləri keçmişdən dərs almağa, siyasi iradələri üzərində hakimiyyət qurmaq istəyənlərə, yaxud siyasət tacirlərinə izn verməməyə çağırıram.

Məğlub olmuş, zamanı bitmiş bir qatillə deyil, sağlam qüvvələrlə barış və dialoq qurmaq vaxtıdır”.