"ƏlQaidə"nın Şimali Afrikadakı lideri öldürüldü


Dünya 06 İyn 2020 09:39:00 180 0

"ƏlQaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

"İslam Məğribi ölkələrində Əl-Qaidə" terror qruplaşmasının lideri Malidə zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Fransanın müdafiə naziri Florans Parli yazıb.

F.Parli bildirib: "İyunun 3-də Fransa Silahlı Qüvvələri tərəfdaşların dəstəyi ilə Malinin şimalında keçirilən əməliyyat zamanı "İslam Məğribi ölkələrində Əl-Qaidə" qruplaşmasının əmiri Əbdülmalik Drukdeli və onun bir çox ortaqlarını zərərsizləşdiriblər".

Nazir qeyd edib ki, Ə.Drukdel "Əl-Qaidə"nin rəhbər komitəsinin üzvü olub və Şimali Afrikadakı qruplaşmalara başçılıq edib.

F.Parli vurğulayıb ki, Fransa tərəfdaşları ilə birlikdə Sahel bölgəsində terrorçularla mübarizəni davam etdirəcək.