BMT Liviyaya qarşı silah embarqosunun müddətini uzadıb


Dünya 06 İyn 2020 09:13:00 184 0

BMT Liviyaya qarşı silah embarqosunun müddətini uzadıb

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı silah embarqosunun müddətini uzadıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, silah embarqosunun uzadılması üzrə səsvermə BMT-nin saytında yayımlanırdı.

Bildirilir ki, səsvermə zamanı 2011-ci il qətnaməsinə və 2020-ci il yanvarın 19-da keçirilmiş Liviya üzrə Berlin konfransına uyğun olaraq 2019-cu il qətnaməsinin uzadılması barədə qərar qəbul edilib.

Beləliklə, Liviyaya qarşı silah embarqosu daha 12 ay müddətinə uzadılıb.