Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı


Dünya 06 İyn 2020 08:52:00 168 0

Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı

Türkiyədə qızını internetdə yayılmış videosuna görə öldürən Harun Yıldız barəsində ağırlaşdırılmış ömürlük cəza istənilib.

Son.az oxu.az-a istinadən bildirir ki, 51 yaşlı ata 18 yaşlı qızını odlu silahla qətlə yetirəndən sonra videodakı şəxsin onun qızı Şeyma Yıldız olmadığı məlum olub.

Eyni zamanda, ata və qızının mobil telefonlarında Seyma Yıldıza aid əxlaqsız video tapılmayıb.

Qeyd edək ki, Harun Yıldız sevgilisi ilə əxlaqsız videosu yayılması iddiası ilə gənc qızını güllələyərək öldürüb.

Ekspertizanın nəticəsinə görə, onun bədənində səkkiz güllə yarası aşkar edilib.