Rusiyada yaşayış evi yanıb: 4 nəfər ölüb


Dünya 06 İyn 2020 08:43:00 173 0

Rusiyada yaşayış evi yanıb: 4 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətinin Ziminsk rayonunda yaşayış evi yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə rayonun meri Natalya Nikitina bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində 4 uşaq və onların atası ölüb, anaları isə xəsarət alıb. Xəsarət alan qadın hazırda xəstəxanadadır.

N.Nikitina bildirib ki, yanğının səbəbi müəyyənləşdirilir.