NyuYorkda koronavirusdan daha 42 nəfər ölüb


Dünya 06 İyn 2020 08:22:00 166 0

NyuYorkda koronavirusdan daha 42 nəfər ölüb

ABŞ-ın Nyu-York ştatında ötən sutka ərzində koronavirusdan 42 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ştatın qubernatou Endryu Kuomo deyib.

Onun sözlərinə görə, bu, son günlər ərzində qeydə alınan ən aşağı ölüm göstəricisidir.

Bildirilir ki, ştatda koronavirusa yoluxanların ümumi sayı 376 min nəfər, koronavirusdan ölənlərin sayı isə 30 min nəfərdir.