Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb


Dünya 06 İyn 2020 07:25:00 149 0

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 58 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 58 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 864 nəfər koronavirusdan ölüb.