Yaponlar yayda maska taxmaqdan imtina edəcək


Dünya 05 İyn 2020 23:50:00 176 0

Yaponlar yayda maska taxmaqdan imtina edəcək

Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar

Son.az medicina.az-a istinadən bildirir ki, Yaponiyanın Ətraf Mühit Nazirliyinin mütəxəssisləri insanları aralarında kifayət qədər məsafənin gözlənilməsi şərtilə maskalarını çıxarmağa çağırıblar.

Qeyd olunur ki, bu gündən Yaponiyada sərin hava əsl yay istiliyi ilə əvəz olunub.

Temperaturun 30-32 dərəcəyə qalxması ilə əlaqədar, Ətraf Mühit Nazirliyinin mütəxəssisləri küçədə insanlara kifayət qədər məsafə saxlamaq şərtilə, su içməyi və tibbi maskanı çıxarmağı tövsiyə edirlər.