Bu ölkənin bütün aeroportlarında maskalardan istifadə edilməsi məcburi olacaq


Dünya 05 İyn 2020 23:39:00 149 0

Bu ölkənin bütün aeroportlarında maskalardan istifadə edilməsi məcburi olacaq

Danimarka hökuməti iyunun 15-dən etibarən ölkənin bütün aeroportlarında maskalardan istifadə edilməsinin məcburi olması barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusa qarşı mübarizə ilə bağlı geniş müzakirə edilən bu tədbir ilk dəfə Danimarkada tətbiq ediləcək.

Bu tələb Danimarkada aviasərnişinlər üçün aviasiya tənzimləyicisi, Nəqliyyat Nazirliyi və biznes nümayəndələri tərəfindən infeksion xəstəliklərə dair qəbul edilmiş yeni təlimatlar dəstinin tərkib hissəsidir.

Danimarka bu qərarı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə əsasən qəbul edib. Nəqliyyat naziri Benni Engelbrext jurnalistlərə müsahibəsində bildirib ki, yeni qaydalar Danimarkaya və Danimarkadan uçuşların bərpa olunmasını asanlaşdıracaq. Nazir deyib: "Bu tədbir aviauçuşların tədricən bərpa olunacağına təminat verə bilər".