Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb


Siyasət 05 İyn 2020 22:52:00 143 0

Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir öz "Twitter" səhifəsində bildirib.

O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu deyib:

"Tural Gəncəliyevlə dünən görüşümüz baş tutdu. Görüş zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və dialoqun təşviq olunması məsələləri müzakirə olundu".