Paytaxt sakinindən silahsursat götürülüb


Digərləri 05 İyn 2020 22:40:00 153 0

Paytaxt sakinindən silahsursat götürülüb

Paytaxt sakini E.Abdullayevin evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən "WALTER" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.