ABŞda koronavirusdan ölənlərin sayı 110 mini keçib


Dünya 05 İyn 2020 21:45:00 162 0

ABŞda koronavirusdan ölənlərin sayı 110 mini keçib

ABŞ-da son sutkada 1042 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən bildirir ki, ABŞ-da indiyədək koronavirusa yoluxaraq vəfat edənlərin ümumi sayı 110218 nəfərə çatıb.   Ölkədə indiyədək ümumilikdə 1 milyon 925 mindən artıq şəxs bu infeksiyaya yoluxub.