Corc Floydun ailəsinə yardım fondu təxminən 13 milyon dollar toplayıb


Dünya 05 İyn 2020 22:04:00 176 0

Corc Floydun ailəsinə yardım fondu təxminən 13 milyon dollar toplayıb

ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun ailəsinə yardım fondu təxminən 13 milyon dollar toplayıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "TMZ" xəbər portalında məlumat yayılıb.

Bildirilir ki, fonda təxminən 125 ölkədə 500 min insan pul köçürüb.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.