Dəhşətli qətl: qadın qonşusunu evinə çağırıb,


Dünya 05 İyn 2020 21:59:00 181 0

Dəhşətli qətl: qadın qonşusunu evinə çağırıb,

Ukraynada 45 yaşlı qadın evinə spirtli içmək üçün çağırdığı 60 yaşlı kişini baltalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Natalya adlı qadın 60 yaşlı qonşusu Vasili ilə mübahisə etdikdən sonra onu bir neçə dəfə bıçaqlayıb və balta ilə parçalayıb.

Cinayəti törətdikdən sonra qadın əlində siqaret və qəhvə fincanı ilə polisin gəlməsini gözləyib.

Hadisə barədə polisə o, özü xəbər verib.

Məlum olub ki, Natalya və Vasili həddən çox spirtli içki qəbulundan sonra mübahisə ediblər və aralarındakı anlaşılmazlıq tezliklə davaya çevrilib. Bu zaman Natalya mətbəxdən bıçaq götürərək, kişiyə hücum edib, sonra isə onun bədənini balta ilə parçalayıb. Qadın qurbanının qışqırmaması üçün onun ağzını çörəklə doldurub.

Natalya dəhşətli qətli 16 yaşlı qızının gözü qarşısında törədib.