Hollandiya 12 Aİ ölkəsi ilə sərhədləri açır


Dünya 05 İyn 2020 21:27:00 171 0

Hollandiya 12 Aİ ölkəsi ilə sərhədləri açır

Hollandiya COVID-19 epidemiyasının ən az yayıldığı 12 Avropa İttifaqı ölkəsindən turistlərin girişinə icazə verəcək.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Hollandiya hökumətinin internet saytında açıqlama verilib. Bildirilib ki, iyunun 15-dən etibarən Belçika, Bolqarıstan, Almaniya, Estoniya, İtaliya, Xorvatiya, Latviya, Litva, Lüksemburq, Portuqaliya, Sloveniya və Çexiyadan olan turistlərin ölkəyə girişinə icazə veriləcək.

"Sağlamlıq təhlükəsinin Hollandiya ilə müqayisədə oxşar olduğu və ya daha az olduğu ölkələrdən gələn turistlər bu yay ölkəyə girə bilərlər. Əlbətdə, Hollandiyada koronavirusun yayılmasının qarşısını almaq üçün onlar bütün qaydalara əməl etməlidirlər",- deyə açıqlamada qeyd olunub.

Həmçinin Hollandiya daxilində istirahət məkanlarına dair heç bir ərazi məhdudiyyətinin qoyulmayacağı açıqlanıb. Restoran, kafe, açıq istirahət zonaları, attraksionlar və muzeylərin turistlər üçün açıq olacağı bildirilib.