Həyətində narkotik becərən şəxs saxlanıldı FOTO


Digərləri 05 İyn 2020 21:17:00 172 0

Həyətində narkotik becərən şəxs saxlanıldı  FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 57 yaşlı Hikmət Dəmirçiyev saxlanılıb.

Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkiləri əkilən ərazidə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 26 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Qax Rayon Polis Şöbəsində H.Dəmirçiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.