Yaponiya gələn ilin ortalarınadək əhalini koronavirusa qarşı peyvənd edə bilər


Dünya 05 İyn 2020 20:54:00 170 0

Yaponiya gələn ilin ortalarınadək əhalini koronavirusa qarşı peyvənd edə bilər

Yaponiyada 2021-ci ilin birinci yarısınadək əhalinin koronavirusa qarşı peyvəndi gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato deyib.

O bildirib ki, hazırda Yaponiyanın bir neçə əczaçılıq şirkəti və tədqiqat institutları vaksin və dərmanların hazırlanması üzərində işləyir.

Bundan başqa, ABŞ-da koronavirusa qarşı vaksinin bu ilin sonunadək hazır ola biləcəyi deyilir.

ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktoru Robert Redfild deyib ki, bir və ya bir neçə vaksinin hazır olması planlaşdırılır.