Rusiyada koronavirusdan ölənlərin sayı 5 500ü keçib


Dünya 05 İyn 2020 20:18:00 144 0

Rusiyada koronavirusdan ölənlərin sayı 5 500ü keçib

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 8 726 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 449 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 528 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 212 680 nəfər virusdan sağalıb, 231 626 nəfərin müalicəsi isə davam edir.