Kürdəmirdə taxıl biçininə başlanılıb - VİDEO


İqtisadiyyat 05 İyn 2020 19:42:59 186 0

Kürdəmirdə taxıl biçininə başlanılıb - VİDEO

Bu il Kürdəmirdə ümumilikdə 52 min hektar ərazidə taxıl əkilib. Onun da 18 min hektarı buğda, 34 min hektarı isə arpadır.

Kürdəmir rayonundataxıl biçini işləri davam etdirilir.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ilkin olaraq arpa sahələrinin biçini həyata keçrilir. Fermerlər deyir ki, ötən illərə nisbətən bu il məhsul bol olacaq.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bu günə 500 hektara yaxın zəmidə biçin işlərinin aparıldığını deyən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir rayon "Aqroservis"filialının müdiriƏli Kərimov bildirib ki, biçin işlərinə kifayət qədər texnikaların cəlb olunması fermerlər üçün taxılın vaxtında itkisiz yığılması üçün daha əlverişlidir: “Məhsulun yığımına hər gün mütəmadi nəzarət edilir. Əgər hava şəraiti imkan verərsə, məhsulu 20 günə yığıb təhvil verə bilərik. Bundan başqa, sahələrdən arpanın biçilməsi sona çatdıqdan sonra buğdanın yığımına başlanılacaq”

Kürdəmir DAİM-in əməkdaşı Səlim İsgəndərov taxılın operativ biçilməsi üçün fermerlərə bütün köməkliyin göstərildiyini bildirib: “Fermerlər üçün bütün lazımi şərait yaradılıb. İlkin olaraq 50 hektara yaxın sahədə arpa biçilməsi nəzərdə tutulub. Biçin işləri fermerlər üçün növbəli şəkildə həyata keçrilir. İlk gündən sahələrə ümumilikdə 55 kombayn çıxarılıb. Onlardan 22-si "Aqrolizinq" ASC-yə, 11-ifiziki və hüquqi şəxslərəməxsusdur, 22 kombayn isə ətraf rayonlardan dislokasiya olunublar. Kombayn sürücülərinə Kürdəmir DAİM tərəfindən təlim keçrilib və onlar bu sahədə maarifləndirilib".

Qeyd edək ki, bu il Kürdəmirdə ümumilikdə 52 min hektar ərazidə taxıl əkilib. Onun da 18 min hektarı buğda, 34 min hektarı isə arpadır.