Milli Məclis sədrinin müavini koronavirusa yoluxmuş dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb


Digərləri 05 İyn 2020 17:55:00 187 0

Milli Məclis sədrinin müavini koronavirusa yoluxmuş dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb

İyunun 5-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayevlə əlaqə saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, professor idmançının vəziyyətinin qənaətbəxş olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirib.

A.Əliyev öz növbəsində Surxay Əliyevin timsalında bütün tibb işçilərinə minnətdarlığını bildirib. Daha sonra Bayram Əliyevlə danışıb, ona və bütün xəstələrə Allahdan şəfa diləyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu çətin sınaqdan üzü ağ çıxacağını bildirib.

A.Əliyev insanları pandemiya təhlükəsinə qarşı, ciddi yanaşmağa çağıraraq, bu virusun yaşlı və gənc olmasından asılı olmayaraq, hər kəsi təhdid etdiyini bildirib. Eyni zamanda idmançıların bu virusa yoluxmasının vəziyyətin ciddiliyinin əyani təsdiqi olduğunu bildirib. Bütün vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyib.