Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi FOTO


Digərləri 05 İyn 2020 17:56:00 202 0

Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi  FOTO

Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə 144 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Qeyd olunub ki, 5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.