Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır


Dünya 05 İyn 2020 16:52:15 178 0

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

Səudiyyə Ərəbistanında daha 2 591 nəfərə COVID-19 diaqnozu qoyulub

Səudiyyə Ərəbistanında daha 2 591 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə məlumatı krallığın Səhiyyə Nazirliyi yayıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 95 748-ə yüksəlib.Bildirilir ki, ötən sutkada 31 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 642-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.