"Gürcüstan-Azərbaycan münasibətlərini sarsıtmaq cəhdləri nəticə verməyəcək" - RƏYLƏR


Siyasət 05 İyn 2020 17:00:12 186 0

"Gürcüstan-Azərbaycan münasibətlərini sarsıtmaq cəhdləri nəticə verməyəcək" - RƏYLƏR

Hər iki ölkə strateji tərəfdaşlardır və bu, sadəcə sözlər deyil

© Report

“Gürcüstan və Azərbaycanın bədxahları iki ölkə arasındakı münasibətləri sarsıtmağa səylər göstərirlər”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli bildirib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Onun sözlərinə görə, bu cəhdlərin hər hansı bir nəticə verməsi mümkün deyil, çünki hər iki dövlət və xalq arasında əlaqələr olduqca güclüdür:

“Gürcüstanın Azərbaycanla tarixən mədəni, humanitar, iqtisadi və digər bütün sahələrdə möhkəm əlaqələri olub. Əlbəttə, istənilən anda arzuolunmaz və lazımsız təxribat məqsədli hərəkətlər müəyyən gərginlik yaradır. Bunların da arxasında məsuliyyətsiz siyasətçilər və onların tərəfdarları dayanır”.

Politoloq deyib ki, təxribat xarakterli bütün cəhdlərə çox diqqətlə yanaşmaq və qanunun gücü ilə onların qarşısını dərhal almaq lazımdır:

“İki xalq arasında münasibətlərdə gərginliyi alovlandırmağa cəhd edən istənilən şəxslər aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qaydada cəzalandırılacaq. Bundan başqa, onlar ictimai qınaqla da üzləşəcəklər”.

L.Metreveli bu məsələdə ictimaiyyətin, ilk növbədə, KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

“Media qurumları hər hansı siyasi təşkilat və ya siyasətçiyə deyil, xalq və dövlətə xidmət etməlidirlər. KİV baş verən hadisələri düzgün formada ictimaiyyətə təqdim etməlidir”.

Levan Metreveli

Ekspertin sözlərinə görə, ötən gün David Qareci (“Keşikçidağ”) kompleksinə daxil olan məbəddə dini mərasim adı altında əslində təxribat məqsədli siyasi tədbir təşkil olunub:

“Bunun da arxasında müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının tərəfdarları durur. Onlar parlament seçkiləri öncəsi ölkədə gərginlik yaratmaq məqsədi güdməklə bütün mümkün metod və vasitələrə əl atırlar”.

Yerli azərbaycanlılar və gürcülər arasında etnik zəmində təxribatlara cəhdləri şərh edən politoloq deyib ki, bəzi qüvvələr bu məsələni daha da şişirtməkdə maraqlıdırlar: “Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı məsələ barəsində informasiyalar ictimaiyyətə düzgün formada çatdırılmır. Bəzi müxalif qüvvələr Marneulidə sərt karantin rejimi dövründə yerli sakinlərə yanlış məlumatlar çatdıraraq onlarda etirazlar yaradırdılar. Bunu sübut edən faktlar var. Marneuli kimi həssas bölgə ilə bağlı səsləndirilən bütün ifadə və bəyanatlar daha məntiqli və ethiyatlı olmalıdır”.

L.Metreveli qeyd edib ki, Gürcüstan hökuməti 2012-ci ildən etibarən gürcü və yerli azərbaycanlılar arasında heç bir fərq qoymur: “Hökumət üçün bütün vətəndaşlar bərabərdir. Yerli azərbaycanlılar Gürcüstan milləti və xalqının tərkib hissəsidir”.

Digər politoloq Gela Vasadze isə bildirib ki, Gürcüstan və Azərbaycan arasında sərəhdlərin delimitasiya prosesinin başa çatdırılmaması məsələ ətrafında müəyyən gərginliklər yaradır:

“Məsələnin hələ də həll olunmamış qalması faktdır və təəssüf doğurur. Gərginliklər Gürcüstan-Azərbaycan münasibətlərinə müəyyən dərəcədə təsir edir. Lakin bu o demək deyil ki, münasibətlərə xələl gələcək. Hər iki ölkə strateji tərəfdaşlardır və bu, sadəcə sözlər deyil”.

Gela Vasadze

Ekspertin sözlərinə görə, hər iki tərəf vəziyyəti düzgün anlamalı və yoluna qoymalıdır.

“Həm Gürcüstanda, həm də Azərbaycanda mütləq əksəriyyət məsələ ətrafında yaranan vəziyyətə böyük təəssüflə baxır. Ümid edirəm ki, hər iki ölkə milli maraqlarını düzgün dərk etmək yolu ilə məsələni tam həll edəcək”.

O, Gürcüstan hökumətinin məsələ ilə bağlı qeyri-effektiv davrandığını hesab edir:

“Bununla yanaşı, hakimiyyət strukturları daxilində bu məsələni alovlandıran insanlar var. Bunun səbəblərini aydınlaşdırmaq lazımdır”.

Gürcüstanda azərbaycanlılara qarşı ayrı-seçkilik məsələsinə gəlincə, G.Vasadze deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bununla bağlı istintaqa başlaması yaxşıdır:

“Lakin istintaqa indi yox, mart ayında - Kvemo Kartli bölgəsində koronavirus aşkar olunandan sonra ksenofob əhval-ruhiyyənin geniş vüsət aldığı bir vaxtda başlamaq lazım idi”.

Politoloq Nəriman Nərimanovun Marneulidəki heykəlinin götürülməsi ilə bağlı çağırışlara da münasibət bildirib. Onun sözlərinə görə, abidənin bərpası mərkəzi dövlət orqanları ilə razılaşdırılmadan mümkün olmazdı: “Hamı bilir ki, Gürcüstanda bolşeviklərə münasibət olduqca neqativdir. Mübahisəli fiqurla bağlı qəbul edilən qərar suallar doğurur. Çünki bunun nəyə səbəb olacağı öncədən bilinirdi”.