"Parni iz Baku"nun aktyoru vəfat etdi


Digərləri 05 İyn 2020 16:49:00 446 0

"Parni iz Baku"nun aktyoru vəfat etdi

Əfsanəvi "Parni iz Baku" KVN komandasının aktyoru Rauf Əsgərov vəfat edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə aktyor Vado Korovin sosial şəbəkədə məlumat verib.

''Çox kədərlə qeyd etmək istəyirəm ki, bizim Rauf Əsgərov vəfat edib. Allah rəhmət etsin'',- deyə o, qeyd edib.

Qeyd edək ki, Rauf Əsgərov 90-ci illərdə KVN komandasının üzvü olub. O, bir müddət Rusiyada yaşayıb.