Azərbaycanın Energetika naziri OPEC+ nazirlərinin iclasında iştirak edəcək


İqtisadiyyat 05 İyn 2020 16:05:39 193 0

Azərbaycanın Energetika naziri OPEC+ nazirlərinin iclasında iştirak edəcək

​Azərbaycanın Energetika naziri OPEC+ nazirlərinin iclasında iştirak edəcək

© google.az

İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə “OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında iclasları keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən "Report"a verilən məlumata görə,OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

“OPEC plus” nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin “OPEC plus” üzrə gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, iyul-dekabrda 7,7 mln barel, 2021-ci ilin yanvar - 2022-ci ilin aprelində isə 5,8 mln barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Bu qərara uyğun olaraq, iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək “OPEC plus” üzrə gündəlik hasilatın 2 mln barrel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.