İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyulavqustda keçirilməsi nəzərdə tutulur


Digərləri 05 İyn 2020 16:03:00 171 0

İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyulavqustda keçirilməsi nəzərdə tutulur

Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı:

"Ona görə də bu il iyul-avqust aylarında prosesin aparılması - imtahanların elan edilməsi, keçirilməsi nəzərdə tutulurdu. Pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsi məsələsində çətinliklər yaranmasa, qərarımız qüvvədə qalır".

İ.Həbibbəyli əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib:

"İmtahanlar ötənilki qaydada keçiriləcək. İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfədən imtahan AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır".

Son.az