Homoseksuallığı təbliğ edən Əməkdar artist 2 milyon təzminat ödəyə bilər


Digərləri 05 İyn 2020 15:54:00 186 0

Homoseksuallığı təbliğ edən Əməkdar artist 2 milyon təzminat ödəyə bilər

Ukraynanın Əməkdar artisti, Rusiyanın pop ulduzu Svetlana Loboda məhkəməyə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi homoseksuallığın təbliğində ittiham olunur.

Belə ki, Lobodanın "Superstar" və bir neçə ekran işlərində gey, lezbiyan münasibətlərinə yer verilib. Bu səbəblərdən Viktor Borisov adlı şəxs sənətçini məhkəməyə verib və ondan iki milyon rubl təzminat istəyib.