AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil


Digərləri 05 İyn 2020 15:29:00 163 0

AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Sevil Zülfüqarovanın AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin bibisi qızı olması haqqında getmiş məlumat həqiqəti əks etdirmir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Sevil Zülfüqarovanın akademik İsa Həbibbəyli ilə yaxın və uzaq heç bir qohumluq əlaqəsi yoxdur.

Kitabxananın əvvəlki direktoru Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova öz ərizəsi əsasında MEK-in direktoru vəzifəsindən çıxıb.