"Bakı Fond Birjası"nın dövriyyəsi 38% azalıb


İqtisadiyyat 05 İyn 2020 14:25:47 150 0

"Bakı Fond Birjası"nın dövriyyəsi 38% azalıb

Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 844 milyon manat təşkil edib

Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 844 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Ötən 5 ayda bağlanmış əqdlərin sayı isə 11,3% azalaraq 1 762 olub.

BFB-nin dövriyyəsinin 57,75%-i, yaxud 2 220 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,5% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5,4 dəfə artaraq 955 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,2 dəfə artaraq 669 milyon manat olub.