"Forbes" jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqladı FOTO


Digərləri 05 İyn 2020 14:10:00 190 0

"Forbes" jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqladı  FOTO

ABŞ-ın nüfuzlu "Forbes" jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çimərliklərin siyahısı tərtib olunarkən koronavirus xəstəliyinin göstəricisinin aşağı olması, çimərliklərin böyüklüyü, bir nəfər üçün ayrılan yerlərin sayı, tibb müəssisələrin yaxınlığı kimi amillər nəzərə alınıb. Siyahıda birinci yerdə Yunanıstanın Preveze bölgəsində yerləşən Monoliti çimərliyi yerləşib. 22 km uzunluğu və 80 metr eni ilə çimərlik Avropanın ən geniş çimərliyi sayılır. Çimərlik, hava limanından 10 dəqiqə məsafədə yerləşir, yaxınlığında 3 xəstəxana fəaliyyət göstərir.

Yunanıstanın digər çimərliyi siyahıda 5-ci yerdədir. Korfuda yerləşən Xalikunas çimərliyi ən yaşıl çimərliklər sırasındadır. Beləliklə, "Forbes" jurnalına görə Avropanın ən təhlükəsiz çimərlikləri aşağıdakılardır:

1) Monoliti, Preveza

2) Komporta, Alenteju, Portuqaliya

3) Xel, Polşa

4) Porto Santo, Madeyra, Portuqaliya

5) Xalikunas, Korfu