Meksikada polis zorakılığına qarşı etirazlar başladı


Dünya 05 İyn 2020 14:18:02 168 0

Meksikada polis zorakılığına qarşı etirazlar başladı

Meksikanın Qvadalaxara şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aksiya polis tərəfindən saxlanan 30 yaşlı Covanni Lopesin ölümü ilə əlaqədar başlayıb.

Qeyd olunur ki, həmin şəxs bir müddət əvvəl maska taxmadığı üçün polis tərəfindən saxlanılıb və zorakılığa məruz qalıb. Xəstəxanaya çatdırılan C.Lopes burada vəfat edib.

Qvadalaxarada etiraz aksiyasına mindən çox şəxs qatılıb. Aksiya daha sonra iğtişaşa çevrilib. Nəticədə 27 nəfər saxlanılıb, 4 polis əməkdaşı xəsarət alıb.