Gürcüstan əhalisinin sayı 3 milyon 716 min nəfərdir


Dünya 05 İyn 2020 13:54:00 171 0

Gürcüstan əhalisinin sayı 3 milyon 716 min nəfərdir

Sonuncu siyahıya alınmanın nəticələrinə görə, Gürcüstan əhalisinin sayı Abxaziya və Tsxinvali bölgələri istisna olmaqla, 3 milyon 716 min 658 nəfərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar hazırladığı hesabatda məlumat verilir.

Bildirilir ki, əhalinin 20,5 faizi və ya 762621 nəfəri pensiya yaşında olan insanlardır.

Hesabatda qeyd olunur ki, ölkədə epidemioloji vəziyyətin idarə olunması zamanı əhali struktur baxımından analiz edilib. Məlum olub ki, ölkədə əsasən dörd xroniki xəstəlik üzrə risk çox yüksəkdir. Belə ki, əhalinin 80 faizi COVID-19 virusunun daşıyıcısıdır. Bunlardan 40 faizi ürək-damar, 22 faizi xroniki respirator, 15 faizi onkoloji şiş, 3 faizi isə şəkərli diabet xəstələridir.