73cü Kann Festivalı: Rəsmi seçim üçün saxlanılan 56 filmin siyahısı açıqlandı


Dünya 05 İyn 2020 13:43:00 159 0

73cü Kann Festivalı: Rəsmi seçim üçün saxlanılan 56 filmin siyahısı açıqlandı

Kann Festivalı baş tutmasa da, "kinoya yardım etmək" üçün rəsmi seçim keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kann Festivalının nümayəndəsi Tyeri Fremo 73-cü festivalın rəsmi seçimi üçün saxlanılan 56 filmin siyahısını açıqlayıb.

Bildirilib ki, bu uzunmetrajlı filmlər xüsusi hazırlanmış Kann etiketindən faydalanacaqlar.

Amerikalı rejissor Ves Anderson, fransalı Fransua Ozon və Mayven, ingilis Stev MkKvin və "Busana son qatar" filminin rejissoru, koreyalı Yeon Sang-honun filmləri siyahıda yer alıb.