Amerikalı gənc Azərbaycan dilini öyrənir


Sosial 05 İyn 2020 13:27:19 213 0

Amerikalı gənc Azərbaycan dilini öyrənir

Yahuda Latimerin baba-nənəsi Monqolustandan ABŞ-a köç edib. Nyu-York şəhərində doğulub boya-başa çatan gənc amerikalı Bruklin kollecinin İngilis dili ədəbiyyatı ixtisasından məzun olub.

© Report — Yahuda Latimer

Yahuda Latimerin baba-nənəsi Monqolustandan ABŞ-a köç edib.Nyu-York şəhərində doğulubboya-başa çatan gənc amerikalı Bruklinkollecinin İngilis dili ədəbiyyatı ixtisasından məzun olub. Y.LatimerAzərbaycanın tarixindən, keçmişindən vəadət-ənənələrindən yaxşı xəbərdardır.

O, "Report"un xüsusi müxbirinə açıqlamasında beş il öncə oxuduğu məqalə sayəsində dünyanın ən gözəl ölkəsini kəşf etdiyini vəsadəcə lüğətdən Azərbaycan dilini öyrənməyə başladığını bildirib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Ancaq ABŞ-daAzərbaycan dilini tədris edən kurslar olmadığından şikayətlənən amerikalı gənc çıxış yolunu Bakıya səfər edərək bir müddət qalmaqda görür: "Azərbaycan xalqını, ədəbiyyatını, arxitekturasını çox sevirəm. Bir azərbaycanlı ilə həmsöhbət olmaq ümidilə Nyu-Yorkda Azərbaycanla bağlıkeçirilən tədbirlərə qatılıram. Hər gün Azərbaycan dilində kitablar oxuyuram.Məncə, Azərbaycan kimi ölkə dünyada yoxdur. Azərbaycanhaqqında oxuduqlarımdan sonra bunu əminliklə deyə bilərəm. Siz dünyanın ən gözəl respublikasının vətəndaşısınız. Gözəl dininiz, mehriban və qonaqpərvər millətiniz var. Azərbaycan ədəbiyyatını oxuduğum zaman heyrətə gəldim. Nizami Gəncəvi, Məhəmməd Füzuli böyük mütəfəkkir və şairlər, "Leyli və Məcnun" operası, Babək kimi qəhrəmanlar, "Koroğlu" dastanıxəzinədir”.

Y.LatimerAzərbaycanın bütün bölgələri və tarixi abidələri,eləcə də ölkənin tarixi, musiqisi, milli rəqsləri, mətbəxi, bir sözlə, bütün gözəl keyfiyyətləri bərədə məlumatlı olduğunu deyib: "Bu yay Bakıya gedib Qız Qalasına çıxmaq istəyirəm. Bir də Azərbaycanın Xalq artisti Alim Qasımovun konsertinə gedib onu dinləsəm, özünü dünyanın ən xoşbəxt insanı sayacağam: “Çünki Alim Qasımovu çox sevirəm, möhtəşəm sənətkardır. Üzeyir Hacıbəylinin"Leyli və Məcnun" operasıisə mənim üçün elə Azərbaycan deməkdir. Bir də "Ləzginka" rəqsini sevirəm. Əllərini sağa-sola aparan gənclər çox gözəl oynayırlar. Hətta ilk gördüyümdə bu rəqsi dəfələrlə izləmişdim. Fikrimcə, Bakı dünyanın ən qədim şəhəridir. Ordubad, Naxçıvan haqqında çox oxumuşam. Lənkəran, Gəncə, Şəki şəhərləri dəçox maraqlı və qəşəngdir. Bir də harasa getdiyiniz zaman sizə “Xoş gəlmisiniz” deyirlər. Şirvanşahlar Sarayı, Bəzz Qalası, Ordubad Qalası haqqında çox maraqlı məlumatlar oxumuşam”.

O, Azərbaycanınmilli bayramlarınıda araşdırıb və Novruz bayramında hazırlanan təamlardan da xəbərdardır: “Azərbaycan yeməkləri çox dadlı və ləzzətlidir. Düşbərə, fisincan... Bakıya getdiyim zaman ilk bunların dadına baxacağam. Şəkərbura və paxlava da öz yerində. ABŞ-dakı Azərbaycan restoranında bəzi yeməkləri dadmışam. Ancaq Azərbaycana gedibyemək başqadır. Əslində, Bakıya getməyim üçün əsas səbəblərdən biri də ləzzətli təamların olmasıdır”.

Y.Latimer Azərbaycanın atalar sözlərini də əzbərləyir və onların çox dərin mənaları olduğunu söyləyib: “Qələm qılıncdan itidir", "Yaxşı dost qardaşdan irəlidir”.Bunlar mənim ən çox sevdiyim atalar sözləridir.Əzbərləmişəm və hər yerdə deyirəm. Bəzən nə dediyimi anlamırlar. Ancaq gülürəm, əsas odur nə dediyimin fərqindəyəm. İki bacım, iki qardaşım var. Onlarla münasibətlərimiz soyuqdur. Bəzən illərlə bir-birimizi görmürük. Fikrimcə, Azərbaycan xalqı mənə yaxşı dost və qardaşlarımdan da daha əhəmiyyətli olacaqlar. Azərbaycanda hüzur dolu bir həyatın olduğunu düşünürəm. Azərbaycan höküməti çox yaxşı işləyir. Düşünürəm ki, bir insan özünü inkişaf etdirmək istəyirsə Azərbaycan dilini öyrənməlidir. Çünki bu ölkənin keçmişindən və gələcəyindən öyrənəcək çox şey var”.

Gənc tədqiqatçıAzərbaycan dilinintürk dilləri içində olduqca zəngin qaynaqlara sahib olduğunu vurğulayıb: "Bir müddət İraqda yaşayan türkmanları araşdırdım. Onlar da azərbaycanlıdır, dinləri və dinləri eynidir. Ancaq bir çoxu bundan məlumatsızdır. Hətta Amerikada yaşayan bir neçə türkmanla həmsöhbət olub onların danışıq dili ilə Azərbaycan dilini qarşılaşdırmışam. Azərbaycan dili kimi dünyada zəngin bir dilin olduğunu düşünə bilmirəm.İrak türkmanlarının danışdığı dillə bağlı bəzi araşdırılacaq məsələlər var. İnşallah, Bakıya getdiyim zaman dilçi alimlə görüşüb məsələni araşdırdıqdan sonra düşüncələrimi yazmaq istəyirəm”.

Y.Latimer həmçininXocalı faciəsinin əsrin utancı olduğunu deyib: "Bu faicəyə niyə soyuqqanlı yanaşıldığını və səssiz qalındığını anlamıram. Çox kədərlidir vəböyük utancdır. Mən Xocalıda baş verənləri amerikalı jurnalistlərin yazdığı məqalələrindən oxudum. Onlar heç nəyi yalan deyə bilməzdi. ÇünkiXocalıda gördüklərinin şəkillərini çəkmiş və yazmışdlar. Əsla Xocalıda yaşananları unutmamalıyıq. Mən hesab edirəm ki, nə vaxtsahaqq-ədalət bərpa olunacaq və Qarabağ Azərbaycana geri qaytarılacaq. Mən əslində bütöv Azərbaycana getmək istəyirəm. Qarabağ haqqında çox məqalələr və kitablar oxumuşam. Azərbaycanın hər yeri gözəldir, Qarabağ bir başqa cənnətdir”.

Bu ilin yayında Bakıya səfər etmək niyyətində olan amerikalı alimDiasporla İş üzrə Dövlət Komitəsindən də dəstək istəyir: “Onlar mənə bir sıra məsələlərdə köməklik edə bilərlər. Bu günAzərbaycan diasporu dünyanın hər yerində güclənir. Biz əvvəllər Nyu-Yorkda Azərbaycanla bağlı çox az xəbərlər görürdük. Ancaq bu gün vəziyyət başqadır. Düşünürəm ki, bəzi məsələlərdə onlardan dəstək ala bilərəm. Mən ABŞ vətəndaşı olsam da, Azərbaycan mənim bir parçamdır. İçimdə Amerikadan daha böyük bir Azərbaycan var. İnşallah, Azərbaycana qovuşacağam”.

Müxbir: Vüsalə Abbasova