Samir Şərifov: "Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik"


Digərləri 05 İyn 2020 13:31:21 156 0

Samir Şərifov: "Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik"

"2019-cu ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Hesablama Palatasının rəyində müəyyən fikirlər var: "Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq".