"Azəriqaz"dan smartkart tipli sayğacları olanlara xəbərdarlıq


Digərləri 05 İyn 2020 13:32:00 173 0

"Azəriqaz"dan smartkart tipli sayğacları olanlara xəbərdarlıq

Smart-kart tipli sayğacları olan "Azəriqaz" abonentləri, kim ki bilir vəsaitləri azdır və bitə bilər, onlar kartlarına iki günlük balans yükləsinlər.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hər kəs öz sayğaclarındakı balansı bilir və ona görə də, tədbirli olmalıdırlar:

"Biz bunu bir müraciət kimi ünvanlayırıq, hər hansısa ajiotaj yaratmaq üçün demirik. Hər halda hər bir kəs öz ailə büdcəsini bilir və öz sayğacına nəzarət edir. Ona görə də, şəhərin bir çox nöqtələrində ödəniş terminalları var, hər bir kəsdən çox xahiş edirik, bu günün sonuna qədər öz kartlarının balansını artırsınlar".

C.Səfərov qeyd edib ki, qurum şənbə və bazar günləri iş başında olacaq, ancaq Nazirlər Kabinetinin də qərarında göstərildiyi kimi işçilərin sayı məhdudlaşdırılacaq: