Polis Bakıda əməliyyat keçirdi,


Kriminal 05 İyn 2020 13:15:00 204 0

Polis Bakıda əməliyyat keçirdi,

Bakıda silahlı şəxs yaxalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.

Axtarış zamanı onun həyətində torpağa basdırdığı "TT" markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.