İtaliya Avropanın bəzi ölkələrinə etirazını bildirib


Dünya 05 İyn 2020 13:10:00 138 0

İtaliya Avropanın bəzi ölkələrinə etirazını bildirib

İtaliya hökuməti Avstriya və Yunanıstanın onunla sərhədlərini açmamasından narazılığını bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Baş naziri Cüzeppe Konte iyunun 4-də keçirdiyi mətbuat konfransında Avstriya və Yunanıstanın ölkəsi ilə sərhədlərini açmamaqda israrına narazılıq ifadə edib. Baş nazir bunu "ayrı-seçkilik və yersiz hərəkət" kimi qiymətləndirərək deyib: "Bəzi ölkələr hazırda infeksiyanın yüksək olduğu ölkələrə qarşı tədbir görməyi məqsədəuyğun hesab edirlər. Avstriyada və ya Yunanıstanda isə İtaliyaya qarşı ayrı-seçkilik tədbirləri üçün heç bir əsas yoxdur.

İyunun 3-dən Avropa İttifaqı ölkələrindən gələn turistlər üçün qapılarını açan İtaliya çətinliklərlə qarşılaşıb. Belə ki, qonşularının əksəriyyəti İtaliya ilə sərbəst hərəkət sazişi ilə bağlamağa hazır olmadıqlarını açıqlayıb. Bunlar xüsusilə Fransa, İsveçrə, Avstriya, Sloveniya, Xorvatiya və Yunanıstandır.

Ölkə rəhbərliynin açıqlamalarında bildirilir ki, hazırda İtaliyada epidemioloji durum çox yaxşıdır.