Almaniyada qaçqınların dini və cinsi orientasiyası yoxlanılmayacaq
Dünya 05 İyn 2020 12:21:11 171 0
“Report”un Avropa bürosunun Almaniya Federal Konstitusiya Məhkəməsindən əldə etdiyi
Almaniyada bundan sonra sığınacaq axtaran şəxslər dini və cinsi orientasiyaları ilə bağlı sınaqdan keçirilməyəcəklər.
“Report”un Avropa bürosunun Almaniya FederalKonstitusiyaMəhkəməsindən əldə etdiyi məlumata görə,indiyə kimi dini mənsubiyyətlə bağlı tətbiq olunan yoxlamalar “2 BvR 1 838/15” nömrəli qərara əsasən ləğv edilib.
window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }Məlumatda bildirilib ki, bu vaxta kimiidarə məhkəmələrinə “inam”, “cinsi orientasiya” testinə məruz qaldıqlarını deyən onminlərlə sığınacaq axtaran müraciət edib. Bir çox insan isə bu testə məruz qalmamaq üçün ölkələrinə ya könüllü getməyə, ya da deportasiya olunmağa razılıq veriblər.
Federal AnaKonstitusiyaMəhkəməsinin məlumatına əsasən, insanların dini və cinsi orientasiyasının sorğulanması və yoxlamaya məruz qalması Almaniya qanunlarına tamamilə ziddir.
“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzə Federal İdarəsi (BAMF) və Federal Daxili İşlər Nazirliyi dinini dəyişdiyinə, eyni zamanda cinsi orientasiyasına görə şəxslərin hansı ölkələrdə təqibə məruz qalacağı barədə məlumatlı olmalıdır”, -Konstitusiya Məhkəməsindənbildirilib.
Məlumat üçün bildirək ki, aprel ayında koronavirus pandemiyası ilə bağlı5 106 nəfərAlmaniyaya daxil olmadan sığınacaq istəyib. Sığınacaq müraciətlərinin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə51,3 faiz azalıb. Əvvəlki ayla müqayisədə isə, 28,3 faiz azalıb.
BAMF aprel ayında 2 286 nəfərə qaçqın statusu verib. 1 510 nəfərin müraciəti isəədd edilərək barələrində deportasiya qərarının çıxarılması üçün işləri yerli idarə məhkəmələrinə təqdim edilib.