Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu


Siyasət 05 İyn 2020 11:49:14 146 0

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra aşağıdakı şəxslərin namizədliyi təsdiq olunub:

Əliyev Adil Abış oğlu - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Nağıyev Arzu Nəsib oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Ağazadə Əminə Həmid qızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

Qeyd edək ki, komissiyanın 5 üzvü Milli Məclis, 5 üzvü Konstitusiya Məhkəməsi, 5 üzvü isə Prezident tərəfindən təyin olunur.